.

Proqram

Proqram

ABAKÜS MENTAL ARİTMETİK

 

Abak Mental Hesablama

 

Abak Mental Hesablama nədir?

Abak Mental Hesablama Menar tərəfindən inkişaf etdirilmiş, Menar mərkəz və filialları tərəfindən tətbiq edilən, uşaqlarda sürətli bir  zəhni  inkişafı təmin edən və onlara qeyri-adi hesablama bacarıqlarını qazandıran xüsusi proqramın adıdır.

 

Mental Hesablama nədir? Mental Hesablama, Menar proqramının daha qısa bir ifadəsi olması ilə bərabər, bu proqramın qazandırdığı, hesab maşını, kağız, qələm kimi heç bir vasitədən istifadə etmədən, yalnız insan zehninin gücü ilə hesab əməliyyatını etmək bacarığını da ifadə edir.

 

 

Menarın Mental Hesablama sistemini öyrənmənin üstünlüyü nələrdir?

 

Menar sistemi aşağıdakı müsbət irəliləyişləri təmin edir:

 

 

  • ·         Daha da inkişaf etmiş sol və sağ beyin
  • ·         Inkişaf etmiş hesablama bacarıqları
  • ·         Qəti görüş, eşitmə başa düşmə bacarığı
  • ·         Mərkəzləşmə və diqqət
  • ·         İnkişaf etmiş analitik düşüncə
  • ·         Yaradıcılıq
  • ·         Daha güclü yaddaş
  • ·         Dəqiq müşahidə
  • ·         Sürətli refleks
  • ·         İnkişaf etmiş özünə inam

 

Menar Abaküs Mental Hesablama Proqramı necə işləyir?

 

 

Menar Abaküs Mental Hesablama Proqramının ilk mərhələsində tələbələr abakla hesablama əməliyyatlarının aparılmasını öyrənirlər. Abakın olmadığı sonrakı mərhələdə tələbələr əllərinin altında abakın olduğunu düşünərək barmaqlarını tərpədərkən, beyinlərindəki Abak üsulundan istifadə edirlər. Bu səbəblə əməliyyatlar daha da sürətlə həll edilir. Menar proqramının yüksək mərhələsi isə  artıq tələbələrin barmaqlarını tərpətməyə ehtiyac olmadan əməliyyatları sürətlə həll etdiyi mərhələdir.